Melburnda komandaların nümayəndələri bildirmişdilər ki, Albert Parkdakı yarışın nəticələri əsas göstərici deyil, çünki avtodromun özünəməxsus xüsusiyyətləri var. Malayziyada isə tras daha ənənəvidir, ona görə də qarşıdakı yarış qüvvələr nisbətinin daha aydın təsəvvürü üçün real fürsət ola bilərdi, amma deyəsən, bu dəfə uik-endin normal gedişinə hava şəraiti mane olacaq…
Ongünlük hava proqnozu Sepanqda hər gün yağış yağmasını vəd edir, cümə, şənbə və bazar günləri yağışın yağma ehtimalı 60%-dir, temperatur isə +30 dərəcəyə kimi qalxa bilər, bu zaman havanın rütubəti 83% təşkil edəcək. Çox güman ki, bizi yağışlı uik-end gözləyir. Daha dəqiq hava proqnozu iki gündən sonra olacaq…