Quru. Günəşli. Havanın temperaturu +23° C, trasın temperaturu +32° C
Red Bull komandasının sürücüləri sıralanma turunda dominantlıq edərək ilk crəgəni qazanmışdılar, amma onların arxasında mübarizə çox gərgin alınmışdı. Şumaherin 10 yer, Batton və Hülkenberqin 5 yer və Vernin 3 yer itirməklə cərimələri peletonu bir qədər də qarışdırmışdı.
Şumaher, Vern və Pik starta Hard tərkibini seçiblər, yerdə qalan sürücülər isə Soft tərkibinə üstünlük veriblər.
Startda Fettel liderliyini qoruya bilib, Kobayaşi Uebberi qabaqlayıb – onların arxasında isə qəza baş verib: çempionatın lideri Alonso Rəykkönenlə kiçik təmasdan sonra trasdan çıxaraq mübarizəni dayandırıb, Qrojan isə Uebberə çırpılıb – hər iki Lotus sürücüsü startda insidentin iştirakçısı olub, Rosberq isə Senna ilə təmasdan sonra maşını saxlamalı olub. Trasa Təhlükəsizlik Maşını (TM) çıxıb. TM-in araxsında ilk onluq: Fettel – Kobayaşi – Batton – Massa – Rəykkönen – Peres – Həmilton – Hülkenberq – Maldonado – Rikkardo. Qrojan, Uebber və Senna boksa yeni burun elementi almağa yollanıblar.
3-cü dövrədə yaraışa restart verilib, Fettel liderliyə davam edib və sürətlə Kamuidən uzaqlaşmağa başlayıb. Peres sancaq döngəsində Həmiltonu keçərək altıncı yerə yüksəlib. Startdakı insidnetə görə Qrojan boksda 10 saniyə gözləməklə cərimələnib. 9-cu dövrədə ilk onluq: Fettel – Kobayaşi – Batton – Massa – Rəykkönen – Peres – Həmilton – Hülkenberq – Maldonado – Rikkardo.
13-cü dövrədə Batton, Rəykkönen, Hülkenberq və di Resta, 14-cü dövrədə Kobayaşi, 15-ci dövrədə Peres, 16-cı dövrədə Həmilton, Maldonado və Senna, 17-ci dövrədə Fettel, Massa, Rikkardo və Şumaher ilk pit-stoplarını gerçəkləşdiriblər. Rəykkönen əvvəlcə Verni, sonra isə Kovalayneni keçməli olub, amma buna baxmayaraq Həmilton və Peresin önündə qalıb. Lyuisin arxasına düşən Serxio yenə də sancaq döngəsində hücum edib, amma bu dəfə xarici radiusda olduğu üçün trasdan çıxıb, çınqıllığa düşüb və mübarizəni dayandırıb. 19-cu dövrədə ilk onluq: Fettel – Massa – Kobayaşi – Batton – Rəykkönen – Həmilton – Hülkenberq – Maldonado – Uebber – Rikkardo.
Senna startdakı insidnetə görə pit-leyndən keçməklə cərimələnib, Şumaher di Restanı keçərək 11-ci yerə yüksəlib.
26-cı dövrədə Uebber ilk planlı pit-stopunu reallaşdırıb. 30-cu dövrədə Rəykkönen ikinci planlı pit-stoplar dalğasına start verib – 31-ci dövrədə Kobayaşi, Həmilton və Hülkenberq təzə təkər dəsti alıblar. Lyuis trasa çıxarkən daxili radiusda qalmaqla Rəykköneni qabaqlaya bilib. 32-ci dövrədə di Resta, 33-cü dövrədə Maldonado təkərlərini dəyişiblər. Kartikeyan isə maşınını boksda saxlayıb və kokpiti tərk edib. 34-cü dövrədə Rikkardo və Senna, 35-ci dövrədə Batton mexaniklərinə qonaq olublar – McLaren-in mexanikləri sağ arxa təkərlə ləngiyiblər. 36-cı dövrədə Massa və Şumaher, 37-ci dövrədə isə Fettel sonuncu dəfə boksa daxil olublar. 39-cu dövrədə ilk onluq: Fettel – Massa- Kobayaşi – Batton – Həmilton – Rəykkönen – Hülkenberq – Maldonado – Uebebr – Rikkardo.
Şarl Pikin maşınında motor imtina edib. Vitaliy Petrov isə mavi bayarqlara məhəl qoymadığı üçün pit-leyndən keçməklə cərimələnib. Fettelin Massa üzərində üstünlüyü 20 saniyəyə çatıb, braziliyalı sürücü üçüncü yerdən kifayət qədər uzaqlaşıb – üçüncü yer uğrunda isə Batton Kobayaşiyə pressinq tətbiq etməyə başlayıb. Mabrizə sonuncu döngəyə qədər davam edib, amma yaponiyalı sürücü ev trasında britaniyalı sürücünü hücum məsafəsinə buraxmayıb.
Sebastyan Fettel startdan finişə qədər liderlik etməklə inamlı qələbə qazanaraq mövsümdə üçüncü, ikinci ardıcıl və karyerasında 24-cü qələbəsini bayram edib. Felipe Massa 2010-cu il Koreya Qran Prisindən sonra ilk podiumunu qazanıb. Kamui Kobayaşi isə uşaqlıq arzusunu reallaşdıraraq vətəni Suzukada yaponiyalılar üçün tarixin üçüncü podiumunu qazınıb.
Alonsonun uğursuzluğu və Fettelin zəfəri titul uğrunda mübarizəni gərginləşdirib – mübarizə isə gələn həftə Koreyada davam edəcək…
Yer | Pilot | Komanda | Motor | Vaxt |
01 | S.Fettel | Red Bull | Renault | 1.28:56.242 |
02 | F.Massa | Ferrari | Ferrari | + 0:20.639 |
03 | K.Kobayaşi | Sauber | Ferrari | + 0:24.538 |
04 | C.Batton | McLaren | Mercedes | + 0:25.098 |
05 | L.Həmilton | McLaren | Mercedes | + 0:46.490 |
06 | K.Rəykkönen | Lotus | Renault | + 0:50.424 |
07 | N.Hülkenberq | Force İndia | Mercedes | + 0:51.159 |
08 | P.Maldonado | Williams | Renault | + 0:52.364 |
09 | M.Uebber | Red Bull | Renault | + 0:54.675 |
10 | D.Rikkardo | Toro Rosso | Ferrari | + 1:06.919 |
11 | M.Şumaher | Mercedes AMG | Mercedes | + 1:07.769 |
12 | P.di Resta | Force İndia | Mercedes | + 1:23.460 |
13 | J.E.Vern | Toro Rosso | Ferrari | + 1:28.645 |
14 | B.Senna | Williams | Renault | + 1:28.709 |
15 | H.Kovalaynen | Caterham | Renault | + 1 dövrə |
16 | T.Qlok | Marussia | Cosworth | + 1 dövrə |
17 | V.Petrov | Caterham | Renault | + 1 dövrə |
18 | P.de la Rosa | HRT | Cosworth | + 1 dövrə |
19 | R.Qrojan | Lotus | Renault | + 2 dövrə |
– | Ş.Pik | Marussia | Cosworth | – |
– | N.Kartikeyan | HRT | Cosworth | – |
– | S.Peres | Sauber | Ferrari | – |
– | F.Alonso | Ferrari | Ferrari | – |
– | N.Rosberq | Mercedes AMG | Mercedes | – |
Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) – 1:35.774 (52-ci dövrə).
Turnir cədvəli:
Yer | Pilot | Komanda | Motor | Xal |
01 | F.Alonso | Ferrari | Ferrari | 194 |
02 | S.Fettel | Red Bull | Renault | 190 |
03 | K.Rəykkönen | Lotus | Renault | 157 |
04 | L.Həmilton | McLaren | Mercedes | 152 |
05 | M.Uebber | Red Bull | Renault | 134 |
06 | C.Batton | McLaren | Mercedes | 131 |
07 | N.Rosberq | Mercedes AMG | Mercedes | 93 |
08 | R.Qrojan | Lotus | Renault | 82 |
09 | F.Massa | Ferrari | Ferrari | 69 |
10 | S.Peres | Sauber | Ferrari | 66 |
11 | K.Kobayaşi | Sauber | Ferrari | 50 |
12 | P.di Resta | Force İndia | Mercedes | 44 |
13 | M.Şumaher | Mercedes AMG | Mercedes | 43 |
14 | N.Hülkenberq | Force İndia | Mercedes | 37 |
15 | P.Maldonado | Williams | Renault | 33 |
16 | B.Senna | Williams | Renault | 25 |
17 | J.E.Vern | Toro Rosso | Ferrari | 8 |
18 | D.Rikkardo | Toro Rosso | Ferrari | 7 |
19 | T.Qlok | Marussia | Cosworth | 0 |
20 | H.Kovalaynen | Caterham | Renault | 0 |
21 | V.Petrov | Caterham | Renault | 0 |
22 | J.D’Ambrozio | Lotus | Renault | 0 |
23 | Ş.Pik | Marussia | Cosworth | 0 |
24 | N.Kartikeyan | HRT | Cosworth | 0 |
25 | P.de la Rosa | HRT | Cosworth | 0 |
Yer | Komanda | Motor | Xal |
01 | Red Bull | Renault | 324 |
02 | McLaren | Mercedes | 283 |
03 | Ferrari | Ferrari | 263 |
04 | Lotus | Renault | 239 |
05 | Mercedes AMG | Mercedes | 136 |
06 | Sauber | Ferrari | 116 |
07 | Force İndia | Mercedes | 81 |
08 | Williams | Renault | 58 |
09 | Toro Rosso | Ferrari | 15 |
10 | Marussia | Cosworth | 0 |
11 | Caterham | Renault | 0 |
12 | HRT | Cosworth | 0 |