X.P.Mantoyya Kiminin NASCAR-a keçmək qərarını alqışlayıb

Əgər Kimi Rəykkönen NASCAR-a keçmək qərarını qəbul edibsə, onda bu yaxşı xəbərdir – vaxtılə McLaren komandasında finlandiyalı sürücünün komanda yoldaşı […]

Əgər Kimi Rəykkönen NASCAR-a keçmək qərarını qəbul edibsə, onda bu yaxşı xəbərdir – vaxtılə McLaren komandasında finlandiyalı sürücünün komanda yoldaşı olmuş Xuan Pablo Mantoyya bu fikirdədir.

Rəykkönenin meneceri Stiv Robertson təsdiq edib ki, “Kimi NASCAR-da bir neçə yarış keçirəcək” və Mantoyya keçmiş rəqibi ilə bir daha ABŞ-ın ən populyar kuzov çempionatında yarışmaq perspektivinə şaddır.

Xuan Pablo Mantoyya: “İnsanlar çox şey deyirlər və bu əhvalatı mən artıq eşitmişəm, amma əgər onun doğrudan da belə planları varsa, bu həm Kimi üçün, həm də bizim idman üçün yaxşıdır. Burda ona şad olacaqlar.”

Hərçənd, Mantoyya NASCAR-ın yüksək liqası – Sprint Cup yarışlarında çıxış edir, Kimi sə hələlik yalnız aşağı liqada – Camping World Truck Series – yarış pikapının sükanı arxasında öz komandasında debüt etmək istəyir. Hazırda finlandiyalı sürücü müxtəlif istehsalçılarla danışıqlar aparır və tezliklə seçimini elan edəcək.

Ceff Qordonn, dördqat Sprint Cup çempionu və keçənilki debütant Nelsinyo Pike də Kiminin qərarını dəstəkləyiblər…

Ceff Qordan: “Məncə bu əladır! Formula1-in veteran azarkeşi kimi mən Kiminin çıxışlarını, qələbələrini çoxdan izləyirdim, indi onun NASCAR-a gəlişi əla olacaq.”

Nelsinyo Pike: “Əgər Kimi NASCAR-da pikap sürməyə qərar veribsə, bu bizim çempionat üçün əla xəbərdir. Kimiyə bu çox maraqlı olacaq.”

Kimi son illərdə Formula1-dən NASCAR-a pənah aparmış altıncı sürücü olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*