Yanvar ayının sonunda Xose Mariya Lopes Amerikanın US F1 komandası ilə müqavilə bağlamışdı və yerli hökümətin dəstəyini almış sürücünün ailəsi müqaviləyə əsasən komandanın hesabına 830 min dollar ilk ödəmə etmişdi.
İndi vəziyyət elə alınıb ki, Lopes nəticədə starta çıxmaya bilər. Sürücünün nümayəndələri Berni Ekklstouna müraciət ediblər və Campos komandasının yeni rəhbərliyi ilə danışıqlar aparıblar, amma hələlik bir yenilik yoxdur – şayiələrə görə, Kolin Kolles Karun Çandhokun namizədliyinə üstünlük verir…
Sürücünün atası argentinalı jurnalistlərə bildirib ki, “biz faktiki olaraq olmayan US F1 komandası ilə müqavilə bağlamağa çox peşiman olmuşuq…”
Köçürülən pulun taleyi və sərmayədarlar qarşısında sürücünün öhdəilkləri isə şərh olunmur…