Xeres testləri (7-10 fevral 2012-ci il)

10 fevral Quru. Günəşli. Havanın temperaturu -2°…+15° C, trasın temperaturu 0°…+25° C Xeres testlərinə 11 komanda başlamışdı, bu gün isə […]
10 fevral

Quru. Günəşli. Havanın temperaturu -2°…+15° C, trasın temperaturu 0°…+25° C

Xeres testlərinə 11 komanda başlamışdı, bu gün isə trasa 9 komanda çıxıb – keçənilki maşınlarla işləyən Mercedes AMG və Hispania avtodromu tərk ediblər, ona görə də testlərin son günü trasa yalnız yeni maşınlar çıxıb.

Səhər havanın çox soyuq olmasına baxmayaraq, testlər vaxtında başlayıb. Üç komandada dəyişiklik olub – Yarno Trulli və Niko Hülkenberq birinci dəfə Caterham və Force İndia maşınlarını yoxlayıblar, Kamui Kobayaşi Sauber-in sükanı arxasına qayıdıb.

xer4-vern2
Səhər testlər trasın vəziyyətinin yoxlanması üçün dayandırılıb, günorta isə 14-cü döngədə dayanmış Bruno Sennanın maşınını evakuasiya etmək üçün. Bir qədər sonra elə həmin yerdə Kamui Kobayaşi də dayanıb – komanda telemetriya ilə hidravlik sistemdə təzyiqin aşağı düşməsini müəyyən edib. Təmirdən sonra hər iki sürücü trasa qayıdıb. İki saatdan sonra Senna ikinci döngədə bir daha dayanıb.

xer4-fet3
Red Bull maşınında elektrik problemləri üzə çıxıb, komanda fettelin maşınında motoru dəyişməli olub. Eyni problemləri Fernando Alonso da yaşayıb – dünən olduğu kimi yerli azarkeşlərin kumiri günün çox hissəsini boksda keçirməli olub, amma protokollara başçılıq edib – – 1:18.877.

Dördgünlük testlərin yeni maşınlarda ən yaxşı nəticəsini dünən Roman Qrojan göstərib – 1:18.419. Beləliklə, mövsümöncəsi testlərin birinci seriyası arxada qalıb, növbəti dəfə komandalar fevralın 21-də Barselonada görüşəcəklər – elə həmin gün Mercedes AMG yeni maşını W03-ü təqdim edəcək…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 F.Alonso Ferrari Ferrari 1:18.877 39
02 J.E.Vern Toro Rosso Ferrari 1:19.597 + 0:00.720 80
03 S.Fettel Red Bull Renault 1:19.606 + 0:00.729 50
04 L.Həmilton McLaren Mercedes 1:19.640 + 0:00.763 86
05 R.Qrojan Lotus Renault 1:19.729 + 0:00.852 95
06 K.Kobayaşi Sauber Ferrari 1:19.834 + 0:00.957 76
07 N.Hülkenberq Force İndia Mercedes 1:19.977 + 0:01.100 90
08 B.Senna Williams Renault 1:20.132 + 0:01.255 125
09 Y.Trulli Caterham Renault 1:22.198 + 0:03.321 117
9 fevral

xer3-ros1

Quru. Günəşli. Havanın temperaturu +1°…+13° C, trasın temperaturu +1°…+21° C

Dünən axşam Hispania komandası keçənilki maşınla ikigünlük testləri başa vuraraq Xeresi tərk edib. Komandaların çoxunda dəyişiklik olub – Fettel Red Bull-da, Həmilton McLaren-də, Alonso Ferrari-də, Qrojan Lotus-da, Senna Williams-da debüt ediblər. Force İndia günü iki sürücü arasında bölüb, Caterham-də isə ehtiyat sürücü Qyedo van der Qarde debüt edib. Yalnız Niko Rosberq keçənilki maşını trasa çıxarıb.

xer3-qro2
Hava səhər soyuq olub, amma tribunaları Fernando Alonsonun azarkeşləri doldurublar – ispaniyalı ikiqat dünya çempionu yeni Ferrari F2012-nin sükanı arxasında debüt edib. Təəssüf ki, günün çox hissəsini Fernando boksda keçirməli olub – komanda hidravlik problemlərlə üzləşib.

Sessiyanın startından bir saat keçməmiş Jül Byanki qəzaya uğrayıb. Force İndia-nın ehtiyat sürücüsü elə ilk sürətli dövrəsində Sito Pons döngəsində trasdan çıxaraq qoruyucu baryerlərə çırpılıb. Sürücü zədələnməyib, ikiyrmi dəqiqəlik pauzadan sonra sessiya davam edib.

xer3-fet3
Axşama yaxın Sessiyanı digər ehtiyat sürücü dayandırıb – Qyedo 9-cu döngədə trasdan çıxıb. Sessiyanın sonuna 10 dəqiqə qalmış Qrojan Lotus E20-ni trasda dayandırıb – çəndə yanacaq qurtarıb, mühəndislər motorun işləməsi üçün yanacağın minimal həddini müəyyən ediblər.

Dünən olduğu kimi protokollara Mercedes AMG sürücüsü keçənilki maşınla başçılıq edib – 1:17.618, yeni maşınlarla isə ən sürətli Roman Qrojan olub – 1:18.419, günün ən böyük məsafəsini Bruno Senna qət edib (125 dövrə).

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 N.Rosberq Mercedes AMG Mercedes 1:17.613 118
02 R.Qrojan Lotus Renault 1:18.419 + 0:00.806 117
03 S.Fettel Red Bull Renault 1:19.297 + 0:01.684 96
04 L.Həmilton McLaren Mercedes 1:19.464 + 0:01.851 80
05 J.E.Vern Toro Rosso Ferrari 1:19.734 + 0:02.121 79
06 S.Peres Sauber Ferrari 1:19.770 + 0:02.157 48
07 F.Alonso Ferrari Ferrari 1:20.412 + 0:02.799 67
08 B.Senna Williams Renault 1:21.293 + 0:03.680 125
09 Q.van der Qarde Caterham Renault 1:23.324 + 0:05.711 74
10 J.Byanki Force İndia Mercedes 2
8 fevral

xer2-shum1

Quru. Günəşli. Havanın temperaturu +3°…+12° C, trasın temperaturu +6°…+17° C

Güclü şimal-şərq küləyiü zündən Xeres testlərinin ikinci günü haav soyuq olub. On bir komanda testləri davam etdirib, üç komandada dəyişiklik olub – Serxio Peres Sauber-də Kamui Kobayaşini əvəz edib, Mercedes AMG-də bu gün yalnız Mixael Şumaher işləyib, Force İndia-da isə, əksinə, proqram Pol di Resta və ehtiyat sürücü Jül Byanki arasında bölünüb.

xer2-ueb2
Testlər bir neçə dəfə qırmızı bayraqlarla dayandırılıb. Səhər Kimi Rəykkönen çınqıllığa düşüb trasa qayıda bilsə də, maşın porebriklər üzərində zədələnib – marşallar qırıntıları yığışdırmalı olublar. Finlandiyalı sürücü iki saatdan sonra trasa qayıdıb. Sessiya daha iki dəfə trasın vəziyyətinin yoxlanması üçün dayandırılıb.

Əgər dünən komandalar əsasən sistemlərin baza yoxlanmaları ilə məşğul olmuşdularsa, bu gün proqram daha rənagarəng idi – aerodinamik elementlərin və sazlanmaların effektliyinin öyrənilməsinə başlanıb.

xer2-rik3
Protokollara Mixael Şumaher başçılıq edib, Mercedes AMG komandası keçənilki maşınla Pirelli təkərlərini öyrənməyə davam edib. Yeni maşınlar arasında isə ən yaxşı nəticəni Mark Uebber göstərib – 1:19.184. Ən böyük məsafəni Heykki Kovalaynen qət edib – 138 dövrə, yeni Caterham maşını etibarlı alınsa da, hələ sürətli deyil. Sabah testlər davam edəcək…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 M.Şumaher Mercedes AMG Mercedes 1:18.561 132
02 M.Uebber Red Bull Renault 1:19.184 + 0:00.623 97
03 D.Rikkardo Toro Rosso Ferrari 1:19.587 + 0:01.026 100
04 J.Byanki Force İndia Mercedes 1:20.221 + 0:01.660 46
05 K.Rəykkönen Lotus Renault 1:20.239 + 0:01.678 117
06 P.di Resta Force İndia Mercedes 1:20.272 + 0:01.711 69
07 F.Massa Ferrari Ferrari 1:20.454 + 0:01.893 95
08 M.Uebber Red Bull Renault 1:20.688 + 0:02.127 85
09 S.Peres Sauber Ferrari 1:20.711 + 0:02.150 68
10 P.Maldonado Williams Renault 1:21.197 + 0:02.636 97
11 H.Kovalaynen Caterham Renault 1:21.518 + 0:02.957 139
12 P.de la Rosa Hispania Cosworth 1:22.128 + 0:03.567 64
7 fevral

xer1-kimi1

Quru. Günəşli. Havanın temperaturu +3°…+17° C, trasın temperaturu +6°…+25° C

Mövstestlərin ilk səhəri Xeresdə hava çox soyuq olub, trası sıx duman bürüyüb, mətbuat mərkəzinə toplanmış jurnalistlər hətta testlərin təxirə salınacağını güman ediblər, amma tezliklə səmaya qalxan günəş vəziyyəti yaxşılaşdırıb.

İlk testlərə Marussia komandasından başqa çempionatın 11 komandası gəlib, amma Mercedes AMG və Hispania komandaları keçənilki maşınlarla işləyiblər və əsasən yeni Pirelli təkərlərinin effektliyini qiymətləndirməklə məşğul olublar. Yeni maşınlarla işləyən komandalar isə əvvəlcə şassinin sistemlərini yoxlamağa başlayıblar.

xer1-resta2
Reqlamentdəki dəyişikliklər texniki məhdudiyyətlərlə bağlı olduğu üçün yeni maşınlar keçənilki maşınların təkamülüdürlər, ona görə də etibarlıqla problemlər yaşanmayıb – bu gün bir çox sürücülər yarış məsafəsini qət edə biliblər.

İki dəfə qırmızı bayraqlar dalğalanıb: axşama yaxın Daniel Rikkardo Expo döngəsində dayanıb, ondan bir qədər sonra isə arxa düz yolda Kamui Kobayaşi dayanıb, amma yaponiyalı sürücünün maşınında sadəcə yanacaq qurtarıb – mühəndislər yanacaq sisteminin minimum hansı həddə motoru söndürməsini müəyyən ediblər.

xer1-ros3
Protokollara Kimi Rəykkönen başçılıq edib, finlandiyalı sürücü hələ səhər qısa dövrələr seriyasında ən yaxşı nəticəyə imza atıb – 1:19.670. Sabah testlər davam edəcək…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 K.Rəykkönen Lotus Renault 1:19.670 73
02 P.di Resta Force İndia Mercedes 1:19.772 + 0:00.102 101
03 N.Rosberq Mercedes AMG Mercedes 1:20.219 + 0:00.549 56
04 M.Uebber Red Bull Renault 1:20.496 + 0:00.826 53
05 D.Rikkardo Toro Rosso Ferrari 1:20.694 + 0:01.024 57
06 M.Şumaher Mercedes AMG Mercedes 1:20.794 + 0:01.124 41
07 K.Kobayaşi Sauber Ferrari 1:21.353 + 0:01.683 106
08 C.Batton McLaren Mercedes 1:21.530 + 0:01.860 60
09 F.Massa Ferrari Ferrari 1:22.815 + 0:03.145 69
10 H.Kovalaynen Caterham Renault 1:23.178 + 0:03.508 28
11 P.Maldonado Williams Renault 1:23.371 + 0:03.701 25
12 P.de la Rosa Hispania Cosworth 1:23.676 + 0:04.006 44

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*