Ferrari komandasının mətbuat xidməti Madonna di Kampilyo kurortunda keçirilən ənənəvi Wrooom tədbirinin birinci günü barədə qısa hesabat relizi dərc edib. Biz artıq bildirmişdik ki, hava şəraiti üzündən tədbirin təmtəraqlı açılışı təxirə salınıb, amma buna baxmayaraq, bayram atmosefri korlanmayıb…
“Madonna di Kampilyo, 10 yanvar. Scuderia Ferrari Marlboro komandasının bütün sürücüləri Madonna di Kampilyonun dağlarına 21-ci Wrooom tədbirinə toplaşıblar – Philip Morris İnternational-ın təşkil etdiyi bu tədbir jurnalistlərin komanda ilə görüşməsi üçün əla fürsətdir. On səkkiz ölkədən gəlmiş 144 jurnalist və fotoqraf yüzlərlə KİV-i təmsil edir.
Canale Miramonti-də nəzərdə tutulmuş açılış mərasimini hava şəraiti üzündən təxirə salmalı olduq. Bunun yerinə Fernando Alonso, Felipe Massa, Cankarlo Fizikella, Mark Jene və Jül Byanki məşhur Salone Hofer restoranında şam yeməyində olublar. Sabah Ferrari sürücüləri Ducati Marlboro komandasından olan kolleqaları ilə birlikdə jurnalistlərlə görüşəcəklər.”