Williams F1 və FİA-nın qərarı

Williams komandası Ümumdünya Avtoİdman Şurasının gələn ildən büdcənin məhdudıaşdırılması qərarını bəyənib… Frənk Uilyams: “Williams komandası hələ 2008-ci ilin əvvəllərində bu […]

Williams komandası Ümumdünya Avtoİdman Şurasının gələn ildən büdcənin məhdudıaşdırılması qərarını bəyənib…

Frənk Uilyams: “Williams komandası hələ 2008-ci ilin əvvəllərində bu fikir meydana gələndə vüdcənin məhdudlaşdırlmasının lehinə idi. O vaxtdan FOTA məsrəflərin azaldılması üçün çox işlər görüb, amma büdcənin məhdudlaşdırılması üçün əsaslar da lap çoxalıb. Biz istərdik ki, 2010-cu ildə bütün komandaların büdcələri məhdudlaşdırılsın və hamı eyni qaydalarla çıxış etsinlər – məhz bu mövqeni biz gələn həftə FOTA-nın iclasında müdafiə edəcəyik.

Biz başa düşürük ki, bəzi komandalar çətin vəziyyətdə olacaqlar, amma biz gözləyirik ki, FOTA bizim səylərimizi birləşdirəcək və FİA-nın bu təklifini həyata keçirmək üçün vahid yol tapacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*