Sabahkı Barselona yarışının startında Vitaliy Petrov beş yer itirəcək – rusiyalı sürücünün maşınında ötürmələr qutusu dəyişdirilib.
Bu gün səhər sərbəst yürüşlərdə Renault sürücüsü dördüncü döngədə ciddi qəzaya uğrayıb, onun maşının bərpa edərkən mexaniklər ötürmələr qutusunu yenisi ilə əvəz etməli olublar. Qayadalara görə, sürücünün sıralanma turunda göstərdiyi nəticəyə beş yer əlavə olunur – sabah yarışa Petrov on doqquzuncu yerdən başlayacaq.