F-1.az xatırladır ki, finlandiyalı sürücü bu mövsüm əla başlanğıc edib və ilk 6 yarışda 2 qələbə, 4 podium və 3 poul qazanıb. 30 yaşlı sürücü turnir cədvəlində 2-ci yerdədir.
Valtteri Bottas: “Gələcək barədə söhbət etməmişik”.
Toto Volff: “Bu barədə heç bir xəbər yoxdur. Valtteri çox yaxşı sürür və keçən ilə nisbətən performansı çox artıb. Hazırkı səviyyəsini qoruması çox vacibdir. Belə olan halda, gələcəyi barədə danışa bilərik”.
V.Bottasın gələcəyi müəmmalıdır
Mercedes komandasının sürücüsü Valtteri Bottasın gələcəyi müəmmalıdır.