V.Bottas yeni güc qurğusuna keçib

Mercedes komandasının sürücüsü Valtteri Bottas Cümə sərst yürüşlərində güc qurğusu ilə bağlı yenidən problem yaşayıb və buna görə də yenidən mühərriyi dəyişdirilib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Braziliya yarışında mühərrik probleminə görə mübarizəni dayandırmış və Əbu Dabi yarışı üçün yeni mühərriyə keçirilmişdi. Buna görə də yarışın startında 10 yer itirəcəkdi. Lakin Mercedes mühəndisləri cümə sərbəst yürüşlərindən sonra Botytasın mühərriyində sızıntı aşkar ediblər. Buna görə də “gümüşü oxlar” 30 yaşlı pilotun bolidinə yeni güc qurğusu quraşdırıblar.

Beləliklə, Bottas yarışa ən geridən başlayacaq: “Yenə də poul uğrunda mübarizə aparmaq istəyirəm. Bu, əyləncəli olacaq, çünki mühərriyim təptəzədir. Lakin əsasən yarış tempinə fokuslanacağam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*