V.Bottas: “Lekler əlçatmaz idi”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, İtaliyada təkərləri yeyildiyi üçün Leklerə hücum edə bilməyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Montsadakı yarışda əsas rəqibləri olan Lekler və Həmiltondan gec pit-stopa gedib və yarışın sonlarında təkərləri daha təzə olub. Lakin 30 yaşlı sürücü Leklerə heç cür hücum edə bilməyib və ikinciliyə razı olub

Valtteri Bottas: “Təkərlərə həmişə yaxşı davranıram, amma qələbə üçün aqressiv sürməli idim. Buna görə də təkərlər yeyildi. Son dörd dövrədə təkərlərim yeyilmişdi və mənimçün çətin oldu. Öndəki rəqibimə yaxınlaşanda təkərlərimi blokladım. Lyuis də oxşar vəziyyətə düşdü və döngəni kəsməli oldu. Ötmə üçün bir saniyə sürətli olmaq lazım idi. Amma mən Şarldan maksimum yarım saniyə sürətli oldum. O, əlçatmaz idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*