AP İnformasiya Agentliyinin yaydığı məlumata görə, İndyCar seriyasının sürücüsü 26 yaşlı Danika Patrik gələcək USF1 Amerika komandasına namizdələrdən biri kimi göstərilib.
Ken Anderson: “Patrik əla sürücüdür, o mətbuatın diqqətini də toplaya bilir. Əgər biz onu komandaya götürsək, İndianapolis avtodromunun sahibi Toni Corc çox əsəbiləşəcək, yaşayarıq görərik. Bilmirəm, bəlkə Patirk heç Formula1-ə gəlmək istəmir? Əlbəttə, biz onu testlərə dəvət edəcəyik, sonra isə qərar qəbul edəcəyik.”
Layihənin rəsmi təqdimarı fevralın 24-də olacaq: ehtimal olunur kki, komanda 2010-cu ildən çempionata qatılacaq, tərkibində 100 nəfər işçisi olacaq, büdcəsi 50 milyon Avto təşkil edəcək. Komandanın heyətində yalnız amerikalı sürücülər çıxış edəcəklər. Toro Rosso-nun tərkibində 28 yarış keçirmiş, hazırda NASCAR-da çıxış edən Skot Spid də namizədlər arasındadır. Digər namizədlərdən keçmiş Formula1 sürücüsü Derek Deylinin oğlu Konor Deylini, Avropanın bir çox gənclər çempionatlarının iştirakçısı Cozef Nyuqardeni göstərmək olar.
USF1 komandasının mənzil qərargahı ABŞ-ın Çimali Karolina ştatında yerləşəcək, amma hazırda əlavə Avropa bazasının axtarışları gedir: deyəsən baza kimi Dünya Renault və Lə Man seriyalarının iştirakçısı olan Epsilon Euskadi komandasının İspaniyadakı bazasından istifadə olunacaq.