US F1 sponsorlarını təqdim etməyə hazırlaşır

Amerikanın SpeedTV telekanalına müsahibəsində US F1 komandasının idman direktoru Piter Uindzor bildirib ki, onun komandası “21-ci əsrin sponsor paketi”nə malik […]

Amerikanın SpeedTV telekanalına müsahibəsində US F1 komandasının idman direktoru Piter Uindzor bildirib ki, onun komandası “21-ci əsrin sponsor paketi”nə malik olacaq və YouTube tərəfindən marağın olmasını təkzib etməyib. Xatırladaq ki, Böyük Britaniya Qran Prisi günlərində Piter və Ken Anderson YouTube şirkətinin başçısı Çad Harli ilə görüşüblər…

Piter Uindzor: “Mən həqiqətən Çadı Silverstounda gördüm və şadam ki, mətbuat onun səfərini bizim komandanın debütü ilə bağlayır, amma kim bilir? Biz bəyanat verməyə hazırlaşırıq, öz sərmayədarlarımızı elan edəcəyik və layihənin müəyyən detallarını bildirəcəyik. Biz “21-ci əsrin sponsor paketi”ni təqdim edəcəyik, əminəm ki, bu paket çoxlarını təəccübləndirəcək.

Mən artıq demişəm, büdcənin məhdudlşadırılması prinsipinin ləğv olunması bizim komandanın işinə təsir etməyib, komandanın yaranmasını planlaşdırarkən, biz Ken Andersonla heç bir məhdudlaşdırmanı nəzərə almamışdıq, həm də indiki komandalardan heç biri əvvəllər olduğu kimi ildə 400 milyon dollar xərcləməyə hazır deyil. İndi hamı qənaətdən danışır və bu vəziyyət bizim üçün daha asandır – biz sıfırdan başlayırıq və komandanı ixtisar gözləmir. Bundan başqa biz inanırıq ki, Amerika texnologiyaları bir çox sahələrdə bizə üstünlük verəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*