Dünən Autosport saytı US F1 komandasının Şarlottadakı bazasının faktiki olaraq bağlanmasını və əməkdaşların hamısının haqqı ödənilməyən məzuniyyətə göndərilməsini xəbər vermişdi, amma bu gün komandanın başçısı Ken Anderson jurnalistlərə bildirib ki, hələ heç nə həll olunmayıb – US F1 FİA-nın son qərarını gözləyir.
Komanda doğrudan da maşın üzərində işləri dayandırıb, çünki onsuz da komanda bu il starta çıxmaycaq, 2011-ci il barədə isə qərar hələ qəbul olunmayıb…
Ken Anderson: “Biz FİA-ya müraciət etdik və lisenziyamızın fəaliyyətini 2011-ci ilədək uzatmaq istədik. Bu müraciət konfidensial idi və mən heç bir şərh verə bilmərəm, amma bəzi məlumatlar mətbuata sızıb.
Biz federasiya ilə ünsiyyəti davam etdiririk və cavab gözləyirik. Biz əməkdaşları ona görə buraxmışıq ki, onsuz da maşın üzərində işi dayandırmışıq.”
US F1-in taleyi bu gün həll oluna bilər…