Ümumdünya Şurasının iclası keçiriləcək

Bu gün Parisdə FİA-bıb Razılıq meydanında yerləşən ofisində Avtoİdman üzrə Ümumdünya Şurasının növbədənkənar iclası keçiriləcək, iclasda Nelsinyo Pikenin keçənilki Sinqapur […]

Bu gün Parisdə FİA-bıb Razılıq meydanında yerləşən ofisində Avtoİdman üzrə Ümumdünya Şurasının növbədənkənar iclası keçiriləcək, iclasda Nelsinyo Pikenin keçənilki Sinqapur yarışındakı qəzası müzakirə olunacaq.

Braziliyalı sürücü komandadan qovulduqdan sonra FİA-ya bəyanatla müraciət edib və bildirib ki, komanda başçısı Flavio Briatore və baş mühəndis Pət Simonds ona 17-ci döngədə qəza törətməyi təklif ediblər, çünki bu halda trasa çıxacaq Təhlükəsizlik Maşını komandanın digər sürücüsü Fernando Alonsoya üstünlük verəcəkmiş, nəticədə belə də olub və Alonso yarışda qələbə qazanıb.

Bir neçə gün əvvəl Briatore və Simonds Renault komandasını tərk ediblər, komanda elan edib ki, ittihamlara cavab verməyəcək. Çox güman ki, müdafiə planlı qəza barədə yalnız üç şəxsin – sürücü və onun iki rəhbərinin bilməsi üzərində qurulacaq, rəhbərlər artıq istefa veriblər, komanda isə bu plandan bixəbər imiş.

İtaliyanın Gazzetta dello Sport qəzeti yazır ki, istefasına baxmayaraq, FİA Flavio Briatoreni iclasa çağırıb. Pət Simonds Parisə dəvət olunmayıb və hazırda İspaniyada dincəlir. Parisə Fernando Alonso da çağrılıb, keçənilki yarışın stüardları hesab edirlər ki, o qəzadan bixəbər olub, amma Flaviodan fərqli olaraq, superlisenziyanın sahibi kimi Alonso iclasa gəlməkdən imtina edə bilməz.

Komandanın nümayəndə heyətinə iclasda İNG Renault F1 komandasının prezidenti Bernard Rey başçılıq edəcək, əks tərəfdə isə ata-bala Pikelər oturacaqlar.

Cəza nə ola bilər? Variantlar çoxdur, amma ekspertlər hesab edirlər ki, cəza yüngül olacaq. Ümumdünya Şurasının qərarı günün ikinci yarısında elan olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*