Quru. Günəşli. Havanın temperaturu +17° C, trasın temperaturu +32° C
Bu gün səhər hava günəşli olub, temperatur +17 dərəcəyədək qızıb, İstanbul üçün soyuq olsa da, dünənkindən çox isti olub…
Red Bull komandasının mexanikləri Sebastyan Fettelin maşınını dünənki qəzadan sonra bərpa ediblər və ikinci sərbəst yürüşləri buraxmış dünya çempionu trasa çıxıb.
Sessiyanın iyirminci dəqiqəsində dördüncü döngədə Algersuarinin Toro Rosso-su dayanıb, maşın evakuasiya olunub. Niko Rosberq trasdan çıxsa da, baryerlərdən qaça bilib. Rubens Barrikello və Fernando Alonso mexaniki problemlərlə üzləşiblər.
Sessiya Mercedes GP-nin inkişafını təsdiq etsə də, Fettel yenə ən sürətli olub. Sıralanma turu çox maraqlı olacaq…
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | S.Fettel | Red Bull | Renault | 1:26.037 | – | 17 |
02 | M.Şumaher | Mercedes GP | Mercedes | 1:26.038 | + 0.001 | 17 |
03 | M.Uebber | Red Bull | Renault | 1:26.404 | + 0.367 | 16 |
04 | N.Rosberq | Mercedes GP | Mercedes | 1:26.420 | + 0.383 | 19 |
05 | C.Batton | McLaren | Mercedes | 1:26.578 | + 0.541 | 17 |
06 | L.Həmilton | McLaren | Mercedes | 1:26.726 | + 0.689 | 14 |
07 | V.Petrov | Lotus Renault GP | Renault | 1:26.755 | + 0.718 | 20 |
08 | F.Alonso | Ferrari | Ferrari | 1:26.819 | + 0.782 | 12 |
09 | F.Massa | Ferrari | Ferrari | 1:26.883 | + 0.846 | 12 |
10 | S.Buemi | Toro Rosso | Ferrari | 1:27.080 | + 1.043 | 16 |
11 | S.Peres | Sauber | Ferrari | 1:27.121 | + 1.084 | 20 |
12 | P.Maldonado | Williams | Cosworth | 1:27.255 | + 1.218 | 18 |
13 | A.Sutil | Force İndia | Mercedes | 1:27.318 | + 1.281 | 19 |
14 | N.Haydfeld | Lotus Renault GP | Renault | 1:27.379 | + 1.342 | 17 |
15 | R.Barrikello | Williams | Cosworth | 1:27.528 | + 1.491 | 19 |
16 | P.di Resta | Force İndia | Mercedes | 1:27.644 | + 1.607 | 18 |
17 | X.Algersuari | Toro Rosso | Ferrari | 1:27.724 | + 1.687 | 15 |
18 | K.Kobayaşi | Sauber | Ferrari | 1:27.976 | + 1.939 | 19 |
19 | H.Kovalaynen | Team Lotus | Renault | 1:28.911 | + 2.874 | 15 |
20 | Y.Trulli | Team Lotus | Renault | 1:29.697 | + 3.660 | 17 |
21 | J.D’Ambrozio | Marussia Virgin | Cosworth | 1:31.097 | + 5.060 | 25 |
22 | T.Qlok | Marussia Virgin | Cosworth | 1:31.175 | + 5.138 | 19 |
23 | V.Liutsi | Hispania | Cosworth | 1:31.375 | + 5.338 | 19 |
24 | N.Kartikeyan | Hispania | Cosworth | 1:32.009 | + 5.972 | 15 |