Türkiyə Qran Prisi: Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +18° C, trasın temperaturu +36° C Türkiyə mərhələsi ərəfəsində komandalar maşınları ciddi təkmilləşdiriblər və İstanbul Parkda […]

Quru. Günəşli. Havanın temperaturu +18° C, trasın temperaturu +36° C

Türkiyə mərhələsi ərəfəsində komandalar maşınları ciddi təkmilləşdiriblər və İstanbul Parkda sıralanma turu qüvvələr nisbətindəki dəyişikliklər barədə suallara cavab verməli idi. Mövsümün ilk üç yarışında poul qazanmış Sebastyan Fettel cümə günü demək olar ki, trasda işləməmişdi, ona görə də onun rəqiblərinin ənənəni dəyişmək şansı peyda olmuşdu.

Düzdür, bu gün səhər sərbəst yürüşlərdə Fettel Mixael Şumaheri cəmi 0.001 saniyə qabaqlayaraq birinci olmuşdu – Mercedes GP ciddi inkişaf edib, amma yalnız sıralanma turu az ayanacaqla maşının təmiz sürətindən xəbər verməli idi.

Birinci sessiyanın əvvəlində Kobayaşinin maşınında yanacaq sistemində problemlər yaşanıb, marşallar maşını boksa qədər itələməli olub və Kamui bir daha trasa qayıtmayıb. Protokollara isə Felipe Massa başçılıq edib, Kamui ilə birlikdə yeni komandaların bütün sürücüləri mübarizədən kənar qalıblar. Yenilərdən ən yaxşı isə yenə də Heykki Kovalaynen olub.

İkinci sessiya insidentsiz ötüşüb, Fettel protokollara başçılıq edib, mübarizəni isə Williams, Force İndia, Toro Rosso sürücüləri ilə birlikdə Serxi Peres dayandırıb. Keçənilki beş ən güclü komandalar tam heyətlə üçüncü sessiyaya keçiblər.

Fettel və Uebber elə ilk cəhdlərində birinciliyi ələ alıblar və trasa qayıtmayıblar. Üçüncü yer uğrunda isə gərgin mübarizə gedib və Rosberq rəqiblərini üstələyə bilib. Beləliklə, Fettel mövsümdə 4-cü, ardıcıl 5-ci, karyerasında isə 19-cu poulunu qazanıb. Felipe Massa sonuncu sessiyada nəticə göstərməyib.

Red Bull sürücüləri ilk cərgədən start alacaqlar və onlar bir yumşaq təkər dəstinə qənaət ediblər, bu isə yarışda onlara kömək edə bilər…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 02 1:27.039 01 1:25.610 1:25.049
02 M.Uebber Red Bull Renault 03 1:27.090 04 1:26.075 1:25.454 + 0.405
03 N.Rosberq Mercedes GP Mercedes 10 1:27.514 02 1:25.801 1:25.574 + 0.525
04 L.Həmilton McLaren Mercedes 04 1:27.091 03 1:26.066 1:25.595 + 0.546
05 F.Alonso Ferrari Ferrari 05 1:27.349 06 1:26.152 1:25.851 + 0.802
06 C.Batton McLaren Mercedes 06 1:27.374 08 1:26.485 1:25.982 + 0.933
07 V.Petrov Lotus Renault GP Renault 09 1:27.475 09 1:26.654 1:26.296 + 1.247
08 M.Şumaher Mercedes GP Mercedes 13 1:27.697 05 1:26.121 1:26.646 + 1.597
09 N.Haydfeld Lotus Renault GP Renault 15 1:27.901 10 1:26.740 1:26.659 + 1.610
10 F.Massa Ferrari Ferrari 01 1:27.013 07 1:26.395
11 R.Barrikello Williams Cosworth 17 1:28.246 11 1:26.764
12 A.Sutil Force İndia Mercedes 07 1:27.392 12 1:27.027
13 P.di Resta Force İndia Mercedes 12 1:27.625 13 1:27.145
14 P.Maldonado Williams Cosworth 08 1:27.396 14 1:27.236
15 S.Peres Sauber Ferrari 14 1:27.778 15 1:27.244
16 S.Buemi Toro Rosso Ferrari 11 1:27.620 16 1:27.255
17 X.Algersuari Toro Rosso Ferrari 16 1:28.055 17 1:27.572
18 H.Kovalaynen Team Lotus Renault 18 1:28.780
19 Y.Trulli Team Lotus Renault 19 1:29.673
20 J.D’Ambrozio Marussia Virgin Cosworth 20 1:30.445
21 V.Liutsi Hispania Cosworth 21 1:30.692
22 T.Qlok Marussia Virgin Cosworth 22 1:30.813
23 N.Kartikeyan Hispania Cosworth 23 1:31.564
24 K.Kobayaşi Sauber Ferrari 24

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*