T.Monteyru Lə Manda çıxış edəcək

Formula1-in keçmiş sürücüsü Tyaqo Monteyru Fransanın Oreca komandası ilə müqavilə bağlayıb və əfsanəvi “Lə Manın 24 saatı” yarışında ən nüfuzlu […]

Formula1-in keçmiş sürücüsü Tyaqo Monteyru Fransanın Oreca komandası ilə müqavilə bağlayıb və əfsanəvi “Lə Manın 24 saatı” yarışında ən nüfuzlu LMP1 seriyasında çıxış edəcək. Onun komanda yoldaşları isə Bruno Senna və Stefan Ortelli olacaqlar. Əvvəl Jordan, daha sonra Midland komandalarının tərkibin iki uğursuz mövsümdən sonra Monteyru karyerasını WTCC kuzov çempionatında davam etdirir və Seat-ın sükanı arxasında müəyyən uğurlar qazanıb. Tyaqo bundan əvvəl iki dəfə GTS seriyasında Lə Manda yarışıb…

Tyaqo Monteyru: “Mən şadam ki, belə bir şans qazanmışam. Mən birinci dəfədir ki, ən nüfuzlu seriyada çıxış edəcəm. Qış testlərində Oreca 01-AİM-i yoxlayanda mən Formula1-də yaşadığım hissləri yenidən xatırladım. Bu il biz Lə Manda zavod komandaları ilə rəqabət aparacayıq, mübarizə gərgin olacaq, amma biz yaxşı nəticəyə ümid edirik.”

Oreca Lə Mana ikinci maşını da hazırlayıb və sükan arxasında Formula1-in veteran sürücüsü Olivye Panis, Nikolya Lapyer və Soey Ayari oturacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*