F-1.az xatırladır ki, əfsanəvi Mixael Şumaxerin oğlu Mik bu il Prema komandası ilə Formula3-ün qalibi olub və gələn il Formula2-də karyerasını davam etdirəcək.
Toto Volff: “Bu il Mercedes mühərriyi ilə Formula3-ün qalibi oldu və mükəmməldir. Amma Mercedes-in gənc sürücü proqramında deyil. Ona vaxt vermək lazımdır. Atası idman tarixinin ən böyük sürücüsüdür. Formula3-ün qalibi oldu və F2-də debüt edəcək. Orada istedadlı sürücülərə qarşı yarışacaq. Onun potensialına şübhə etmirəm”.