Sarı bayraqlar altında sürətini azaltmayan sürücülərin məsələsini araşdıran İspaniya Qran Prisinin stüardları qərara alıblar ki, Lyuis Həmiltonu, Censon Battonu, Mark Uebberi və Xayme Algersuarini nəticələrinin üzərinə 20 saniyə əlavə olunmaqla cərimə etməsinlər.
Stüardlar sürücüləri və komandaların nümayəndələrini dinləyiblər, yarışın yazısına baxıblar və qərara alıblar ki, hər bir sürücüyə sadəcə xəbərdarlıq elan olunsun…