Rəsmən təsdiq olunub ki, avtoralli üzrə beşqat dünya çempionu Sebastyen Löb Toro Rosso komandasının heyətində Abu Dabi Qran Prisinin startına çıxmayacaq, hərçənd, onun Formula1-də debütü barədə şayiələr keçən ildən gəzirdi.
Bu xəbərin səbəbi formaldır: Fransa mətbuatı xəbər verib ki, Löb FİA-nın superlisenziyasını ala bilməyib və deməli, starta buraxıla bilməz. Bu xəbəri Citroen ralli komandasının mətbuat xidməti də təsdiq edib.