Silverstoun Yaxın Şərqdə sərmayədarlar axtarır?

Silverstoun avtodromu Yaxın Şərqdən olan sərmayədarların nəzarətinə keçə bilər: Londonun The Sunday Express qəzetinin yaydığı xəbərə görə, tras sahibləri bu […]

Silverstoun avtodromu Yaxın Şərqdən olan sərmayədarların nəzarətinə keçə bilər: Londonun The Sunday Express qəzetinin yaydığı xəbərə görə, tras sahibləri bu addımı Böyük Britaniya Qran Prisinin gələcəyinə zəmanət vermək üçün atırlar. Onlar ümid edirlər ki, avtodromun təcili rekonstruksiyası milli mərhələnin Doninqton keçirilməsinin qarşısını ala bilər. Doninqton sahiblərinin maliyyə problemləri üzündən Silverstoun sahibləri vəziyyətdən istifadə etmək istəyirlər.

Formula1 tarixində ilk Qran Prinin keçirildiyi klassik avtodrom Britaniyanın sürücülər klubuna (BRDC) məxsusdur, kluba 1996-cı ilin dünya çempionu Dəymon Hill başçılıq edir. Qəzetin verdiyi xəbərə görə, avqustun 25-də klub üzvlərinin umumi iclasında Silverstounun modernizə planı müzakirə olunacaq və hansısa ərəb sərmayə fondunun cəlb olunmasından söhbət gedəcək. Məsələnin bu cür həlli Britaniyanın avtoidman dairələrində birmənalı qarşılanmayıb, çünki Silverstoun rəhbərliyi klub üzvləri ilə məsləhətləşməyərək öz hüquqlarını aşıb.

Amma Dəymon Hill qeyd edib ki, bu gün bir məqsəd var ki, “risk etələb edən işi öz üzərinə götürməyə hazır olan ciddi sərmayədarı cəlb etmək lazımdır.” Formula1-in kommersiya başçısı Berni Ekklstoun bu yaxınlarda Silverstouna münasibətini dəyişə biləcəyi barədə bildirsə də, trasın rekonstruksiya layihəsindən bixəbərdir: “Mən heç kimlə danışıq aparmamışam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*