Monsada Red Bull komandasını ümidsizlik gözləyirmiş: çempionatda onların əsas rəqibləri ola Brawn GP sürücüləri maksimum mümkün olan xallar topladıqları halda, Mark Uebber yarışı elə birinci dövrədəcə başa vurub, Sebastyan Fettel isə sonuncu dövrədə Lyuis Həmiltonun qəzası sayəsində cəmi bir xal qazana bilib…
Sebastyan Fettel: “Biz pis start almaıq və birinci dövrəni inamla keçdik, amma sonra rəqiblərimin tempinə uyğun gedə bilmədim. İlk beş-on dövrə lap çətin oldu, maşın trasa ilişə bilmirdi və daim sürüşürdü. Ümumiyyətlə, bizə sürət çatmırdı, deyəsən bu tras bizim maşına uyğun gəlmirdi.
Növbəti yarışda biz aerodinamikanı yükləyəcəyik və bəlkə də daha uğurlu çıxış edəcəyik. Mübarizə hələ qurtarmayıb: bizim məqsədimiz maksimum nəticə göstərməkdir. Biz yarışlarda qələbə üçün çıxış edirik – bütün diqqətimizi işimizə yönəltməliyik, qalan şeylər bizim əlimizdədir.”