Cümə günü ayın 13-ü olmasına baxmayarq Bəhreynə toplaşmış üç komanda üçün bu gün uğurlu olub. Axşam külək dayanıb, iki gün avtordomun bağlanmasına və testlərin dayandırılmasına səbəb olan qum fırtınası qurtarıb və səhər saat 8-də pit-leynin çıxışında yaşıl işıq yanıb. Kimi Rəykkönen, Yarno Trulli və Kristian Klin trasa çıxıblar, düzdür ilk iki saat asfalt olduqca sürüşkən olub – trasın işçiləri qumu su ilə yuduqlarından sürücülərin göstərdikləri nəticələr yağış altında göstərilən nəticələr uyğun gəlib, amma tezliklə hər şey qaydasına düşüb.
Dördüncü test gününün protokollarına Kimi Rəykkönen başçılıq edib, komanda maşının sazlanması üzərində çalışıb, düzdür, günorta F60-da hidravlik problemlər yaşanıb. Ən sürətli dövrəsində finlandiyalı sürücü ikinci olmuş Yarno Trullini 0.1 saniyə qabaqlayıb. BMW Sauber-in test pilotu Kristian Klin isə üçüncü olub.
Gələn həftə testlər bazar ertəsindən cümə axşamına kimi davam edəcək…
Nəticələr belə olub:
Pilot | Komanda | Motor | Vaxt | Dövrə |
1. K.Rəykkönen | Ferrari | Ferrari | 1:33.325 | 105 |
2. Y.Trulli | Toyota | Toyota | + 0:00.104 | 127 |
3. K.Klin | BMW Sauber | BMW | + 0:00.341 | 125 |