Sauber F1 Team – C30

Bu gün səhər Sauber komandası yeni C30 maşınını təqdim edib. Komanda yeni maşınını Valensiyada Rikardo Tormo adına trasın pit-leynində jurnalistlərə […]

Bu gün səhər Sauber komandası yeni C30 maşınını təqdim edib. Komanda yeni maşınını Valensiyada Rikardo Tormo adına trasın pit-leynində jurnalistlərə göstərib…

Komandanın əsas sürücüləri C30-un üstündən pərdəni çəkən kimi jurnalistlər arasında pıçıltı başlayıb: “Bu ki keçənilki Red Bull-dur.” Texniki direktor Ceyms Ki maşının konstruksiyasında son ənənələri tərənnüm etməyə çalışıb. Komandanın başçısı isə qarşıdakı mövsümdə məqsədlərdən danışıb…

sau2
Peter Zauber: “Bu il biz mütəmadi olaraq xal qazanmaq və Mühəndislər Kubokunda maksumum yuxarı yer tutmaq istəyirik. Keçən mövsümün ikinci yarısında komanda çətinlikləri dəf edərək irəliyə doğru böyük sıçrayış etmişdi.

Ceyms Kinin texniki direktor təyin olunması müsbət təsirini göstərdi, yeni maşın isə tam onun rəhbərliyi altında qurulub. Bundan başqa biz komandanın maliyyə məsələrini də tam həll etmişik – çəyin iqtisadi şərait çərçivəsində bu böyük nailiyyətdir.”

sau3
Yeni maşının hazırlanması zamanı komanda bir neçə məsələni həll edib – yüksək effektlik, yüksək etibarlılıq, trasla yaxşı ilişmə və sazlanmada geniş azadlıq…

Ceyms Ki: “Bu il irəliyə doğru böyük addım atmaq üçün biz keçən il C29-un zəif yerlərini müəyyən etmişdik və ona görə də bu dəfə uğur qazanmışıq. Yaranmış problemlərin səbəbini müəyyən etməklə C30-u tam yenidən qurmuşuq.

Bəzi faktorlar, xüsusən də Pirelli təkərləri trasda təhlil oluna bilər, amma biz, ilk növbədə, sürətli, ikincisi, asan sazlana bilən amaşın qurmuşuq.”

sau4
Bu il komanda Magneti Marelli-nin mühəndislərinin hazırladıqları KERS-dən istifadə edəcək.

Yarışlarda komandanı Kamui Kobayaşi və Serxio Peres təmsil edəcəklər, Esteban Qutyeres isə komandanın ehtiyat sürücüsü olacaq…

sau5
Kamui Kobayaşi: “Keçən il mən debütant idim, keçən mövsüm artıq arxada qalıb. Mən çox şey öyrəndim, özü gücümə inandım, bu ilə məqsədim isə səhvə yol verməməkdir.”

Serxio Peres: “Mən başa düşürəm ki, Formula1 çox çətin idman növüdür, mən hələ çox şey öyrənməliyəm və Kamui mənim üçün əla nümunə olacaq. Mən tədricən inkişaf etmək istəyirəm. Mən bu il öz azarkeşlərimi sevindirmək istəyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*