Ş.Lekler özündən narazıdır

Ferrari komandasının sürücüsü Şarl Lekler sıralanma turunda 4-cü olsa da, nəticəsindən narazı qalıb.

F-1.az xatırladır ki, 21 yaşlı sürücü Çində sıralanma turunda komanda yoldaşı Fetteldən 0.017 saniyə geri qalıb.

Şarl Lekler: “Bu gün özümə əsəbiləşdim. Son cəhdimdə səhv etdim. Bunu etməməli idim. Məyusam, çünki üçlüyə düşmək potensialım var idi. Son cəhdimdə 12-ci və 13-cü döngələri geniş radiusla dönərək səhv etdim. Öndənsürüşmə problemlərim var idi. Buna görə də daha güclü ola bilərdim.

Düzünü desəm, bu həftəsonu qeyri-stabil idim. Doğru sazlanmaları tapmaq çətin idi. Amma sıralanma turundan əvvəl dəyişiklik etdik və maşını sürmək asanlaşdı. Mercedes-i keçə bilməsək də, kifayət qədər sürətliyik. Valtteri həftəsonu ərzində sürətli idi. Lyuisin sıralanma turundan əvvəl problemləri var idi. Buna görə nəticə təəccübləndirmədi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*