R.Zontaya ad gününə gözlənilməz hədiyyə

Gələn həftə Rikardo Zontanın 35 yaşı tamam olacaq, ad günü ərəfəsində braziliyalı sürücü eksklüziv hədiyyə alıb – Toyota şirkəti ona […]

Gələn həftə Rikardo Zontanın 35 yaşı tamam olacaq, ad günü ərəfəsində braziliyalı sürücü eksklüziv hədiyyə alıb – Toyota şirkəti ona 2004-cü ildə sükanı arxasında oturduğu Formula1 maşınını bağışlayıb…

Rikardo Zonta:Toyota şirkəti Formula1-i tərk edəndə, mən onlarla əlaqə saxladım və xahiş elədim ki, karyeramın bir hissəsini keçirdiyim maşını saxlasınlar. Nəticədə onlar mənim arzumu reallaşdırdılar və mənim evimdə Formula1 maşını peyda oldu.”

Yerli Globo telelanalı xəbər verir ki, Zonta TF104-ü Kuritibadakı evinə qoyub.

Rikardo Formula1-də 1999-2005-ci illərdə BAR, Jordan və Toyota komandalarının heyətində çıxış edib, ən yaxşı nəticəsi isə 2000-ci ildə Avstraliya, İtaliya və ABŞ Qran Prilərindəki 6-cı yer olub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*