R.Şumaher DTM-də qalacaq

Şumaherlər ailəsi Mercedes-lə əlaqələrini möhkəmləndirirlər. Bu yaxınlarda böyük qardaş – Mixael, Formula1-ə qayıtdıqdan sonra Ştutqart komandasının heyətində ilk yarışını keçirib, […]

Şumaherlər ailəsi Mercedes-lə əlaqələrini möhkəmləndirirlər. Bu yaxınlarda böyük qardaş – Mixael, Formula1-ə qayıtdıqdan sonra Ştutqart komandasının heyətində ilk yarışını keçirib, indi isə konsernin dəstəyini balaca qardaş – Ralf, alıb: o Almaniyanın DTM kuzov çempionatında çıxışını davam etdirəcək.

Formula1-də altı Qran Prinin qalibi dünya çempionatında karyerasını 2007-ci ilin sonunda başa vurub – bundan sonra DTM-də iki mövsüm keçirib. Bu çempionatda qələbə qazanmış Mika Hakkinen və Jan Alezidən fərqli olaraq, balaca Şumaher hələ yarışlarda beşinci yerdən yuxarı qalxa bilməyib. Amma buna baxmayaraq, Mercedes 34 yaşlı sürücü əməkdaşlığı davam etdirməyi qərara alıb. Ralf son model C-klasse maşınında HWA komandasında çıxış edəcək…

Ralf Şumaher: “DTM yarışları mənə böyük zövq verir. Bunun əsas və vacib səbəblərindən biri Mercedes-lə və HWA komandası ilə əməkdaşlıqdır. Ona görə də mən bu fantastik çempionatda üçüncü mövsümü keçirəcəm.

Mercedes-in sayəsində mən ən yüksək səviyyəli yarışlarda iştirak edə biləcəm. 2010-cu ildı azarkeşlər maraqlı cütlüyü izləyə bilərlər – mən və qardaşım Mercedes-Benz şirkətinin komandalarında şıxış edəcəyik, o – F1-də, mən – DTM-də, bizi maraqlı mövsüm gözləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*