R.Kubitsa yenidən zədələnib

İtaliya mətbuatın verdiyi xəbərə görə, Robert Kubitsa yenidən zədələnib. Polşalı sürücü bir il əvvəl keçirdiyi qəzadan sonra aldığı zədələrdən tam […]

İtaliya mətbuatın verdiyi xəbərə görə, Robert Kubitsa yenidən zədələnib. Polşalı sürücü bir il əvvəl keçirdiyi qəzadan sonra aldığı zədələrdən tam sağalmamış, yenidən xoşagəlməz anlar yaşayıb.

Robertin yaşadığı İtaliyanın Pyetrasanta şəhərində güclü qar yağıb, buz üstündə sürüşən Robert yıxılaraq ayağını sındırıb – bu barədə Libero qəzeti xəbər verib. Yerli həkimlərin verdiyi məlumata görə, sürücü Pietra Ligure hospitalına çatdırılmasını xahiş edib – məhz burada keçənilki qəzadan sonra ona ilk yardım göstərilmişdi.

Hospitaldan verilən xəbərə görə, Robert sağ böyük baldır sümüyünü təkrar sındırıb və bir neçə həftə müalicə almalı olacaq, hərçənd, rəsmi heç bir xəbər verilməyib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*