Macar yarışının finişindən sonra Fernando Alonsonun maşınında təkərin qopub ayrılması ilə bağlı insidenti araşdıran Macarıstan Qran Prisinin stüardları Renault komandasını Avropa Qran Prisində iştirakdan azad ediblər. Məsələnin müzakirəsi uzun çəkib, stüardlar Renault-nun nümayəndələrini iki dəfə yanlarına çağırıblar, sonra isə rəsmi bəyanat yayıblar…
Bəyanatda deyilir: “Renault komandası maşını təkərlərdən birinin fiksatorunu təhlükəsiz vəziyyətə qoymadan və bilərəkdən trasa buraxıb, bu maşının pit-leydən buraxılmasına mane olmayıb, sonra isə sürücüyə bu barədə məlumat verməyib, hərçənd, sürücü təkərin deşilməsindən şübhələnərək komanda ilə radio əlaqəsi saxlayıb.”
Stüardlar komandanı idman reqlamentinin 3.2 bəndinin pozulmasında günahkar bilərək növbəti yarışda iştriakdan azad ediblər. Komanda apelyasiya hüququna malikdir…