Almaniyanın RTL kanalına müsahibəsində Renault şirkətinin əməliyyat direktoru Patrik Pelata komandadan Flavio Briatore və Pət Simondsun azad edilmələrinin səbəblərini şərh edib…
Patrik Pelata: “Mən bütün detalları bilmirəm, amma səhvə yol verilib, cəriməsiz mümkün deyil. Flavio Briatore bilirdi ki, belə bir vəziyyətdə o məsuliyyət daşıyır.
Ümumdünya Şurasının iclasından sonra biz təfərrüatları biləcəyik, hələlik isə yalnız buraxılmış səhvdən danışmaq olar, amma iki şəxsin səhvi üzündən komandanın taleyi sual altına düşüb.
Hazırda biz çempionatdan getməyi müzakirə etmirik, Formula1-in böyük televiziya auditoriyası var, bu idman həmişə texnologiyaların inkişafı sahəsində birinci olub və Renault üçün bu idman maraqlıdır.”