F-1.az xatırladır ki, Red Bull komandasının sürücüləri 2017-ci ildə Earin-in dəstəklədiyi naqilsiz True Wireless Earbuds qulaqlıqlarından istifadə edəcəklər.
Bu qulaqlıqlar bazardakı ən kiçik qulaqlıqlardır və yüngüllükləri ilə seçilirlər. Bu avadanlıqlar bir dəfə enerji yığdıqdan sonra 12 saat dayanmadan musiqi oxuda bilirlər.
Earin şirkətinin rəhbəri Per Sensstrom bu barədə danışıb: “Red Bull komandasının rəsmi naqilsiz qulaqlıq sponsoru olduğumuz üçün həyəcanlıyıq. Bütün şirkət eyni fikirdədir. Texnoloji yeniliklər, yüngüllük və həssaslığa üstünlük veririk”.
Red Bull komandasının rəhbəri Horner də yeni tərəfdaşlıqdan razıdır: “Bizim istedadlı və gənc sürücülərimiz çox vaxt telefonları ilə sosial şəbəkələrdə vaxt keçirirlər. Earin kimi markayla müqavilə imzaladıq və sürücülərimiz artıq boş vaxtlarında və məşq edəndə naqilsiz qulaqlıqlarla musiqiyə qulaq asa bilərlər. Earin inların həyatının bir parçası olacaq”.