Red Bull Racing – RB7

Bu gün səhər tezdən Valensiyada çempion Red Bull Racing komandası builki mövsüm üçün hazırladığı yeni RB7 maşınını təqdim edib. Əvvəlcə […]

Bu gün səhər tezdən Valensiyada çempion Red Bull Racing komandası builki mövsüm üçün hazırladığı yeni RB7 maşınını təqdim edib. Əvvəlcə yeni maşının şəkli komandanın rəsmi saytında peyda olub, sonra isə Sebastyan Fettel və Mark Uebber Rikardo Tormo adına trasın pit-leynində maşının üzərindən pərdəni açıblar…

rb7-2
Kristian Horner: “Deməliyəm ki, yeni RB7 maşını bizim komanda üçün çox qısa müddət ərzində hazırlanıb. Bazada əməkdaşlarımız fantastik iş görüblər, hətta Milad və yeni il bayramlarını da bazada keçiriblər. Onların əməyinin nəticəsini siz indi pit-leyndə gördünüz.

Qarşıdakı mövsümə gəlincə, bizim vəzifmiz qazandığımız titulları qorumaqdır. Komanda üçün bu yeni vəziyyətdir. Əslində, Abu Dabi Qran Prisindən sonra cəmi 10 həftə keçib, özü də çox sürətlə keçib. Məncə, bütün əməkdaşlarımız hələ də bu qələbədən həzz alırlar, amma qarşıda yeni mövsüm başlayır və bizim məqsədimiz – qadir olduğumuz hər şeyi göstərməkdir, axı biz titulları qorumağa qadirik. Rəqiblərimiz çox güclüdürlər – Ferrari, McLaren və Mercedes GP, yenə də maksimum çalışmalıyıq, mövsümün sonunda isə kimin yaxşı olmasını görəcəyik.”

rb7-3
Komandanın texniki direktoru Ədrian Nyuinin sözlərinə görə, yeni maşın əvvəlki iki maşının təkamülüdür…

Ədrian Nyui: “RB7 – bu RB5-dən başlayan təkamülün üçüncü nəslidir. Biz maşını reqlamentdəki dəyişikliklərə uyğunlaşdırmışıq – KERS bə birqat diffuzora qayıtmışıq. Düzdür, yeni Pirelli təkərlərinə uyğun şassi hazırlamaq çətin idi, çünki mövsümün son yarışından sonra çox qısa sessiyada bu təkərlərlə tanış olmuşduq, həmin vaxtdan təkərlər çox təkmilləşib. Ona görə də bugünkü testlər çox vacib olacaq.

Biz hələ iki il əvvəl RB5-i KERS-i nəzərə almaqla qurmuşduq və hətta mövsümöncəsi testlərdə də yoxlamışdıq, amma sonra bütün gücümüzü aerodinamikaya verdik. Bu dəfə biz mövsümə KERS-lə başlaycayıq – KERS-i maşına yerləşdirərkən, çox vacibdir ki, onun aerodinamikaya neqativ təsirini minimuma endirəsən. İki il əvvəl biz gördük ki, KERS yarışın startında böyük üstünlük verir, ona görə də ilk yarışdan sistemi maşına yerləşdirməyə qərar verdik.”

rb7-4
Sebastyan Fettel: “Hamı bilir ki, biz titullarımızı qorumağa çalışacayıq. Əlbəttə, hələlik qüvvələr nisbətini söyləmək çox çətindir, hamı buraya yeni maşınını gətirməyib, istənilən halda testlərdə çox şey məlum olmur. Mövsümün ilk yarışı bir çox suallara cavab verəcək.”

rb7-5
Mark Uebber: “Mənim əla şansım və güclü komandam var, mən bütün gücümü işimə həsr edirəm və keçən ilə nisbətən daha yaxşı çıxış etməyə ümid edirəm. Düzdür, keçən il xoş anlar da çox oldu, amma keçən il titul qazana bilmədim – indi isə mövsümün ilk yarışından güclü olmaq lazımdır. Keçən il mən mövsümün əvvəlində çox vacib olan xalları itirdim, bu dəfə isə stabillik daha vacib olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*