Red Bull qazburaxma sisteminin iki variantından birini seçir

Yaxın bir neçə gün ərzində Red Bull komandası vacib qərar qəbul etməlidir – Bəhreyndə və mövsümün gələcək yarışlarında hansı qazburaxma […]

Yaxın bir neçə gün ərzində Red Bull komandası vacib qərar qəbul etməlidir – Bəhreyndə və mövsümün gələcək yarışlarında hansı qazburaxma sistemi quraşdırılacaq? Çində Sebastyan Fettel sistemin köhnə versiyasından istifadə edirdi və hamını əmin edirdi ki, məhz bu maşının sükanı arxasında özünü rahat hiss edir. Hərçənd, hesablamalar göstərir ki, Mark Uebberin maşınında quraşdırılmış daha təkmilləşdirilmiş sistem yüksək nəticələr göstərməyə imkan verir…

Kristian Horner: “Biz yaxın iki gün ərzində qərar qəbul etməliyik. Yarışın gedişində toplanmış məlumat maşının həm boş yanacaq çəni ilə, həm də dolu yanacaq çəni ilə davranışını təhlil etməyə imkan verir.

Hər bir sürücü üçün ayrı-ayrı sistemlərin mövsümün gedişində dəstəklənməsi şansı azdır, biz ən yaxşı varinatı seçməyə çalışacayıq. İdeal olaraq hər iki sistemin üstün cəhətlərini cəm etmək istərdik.

Təkmilləşdirilmiş sistemin xarakteristikası Sebastyan Fettelin sürmə stilinə uyğun gəlmir: problem bundadır ki, Sebastyan döngələrə böyük sürətlə girir. Çində hər iki sistemi yoxlamağı Ədrian Nyui xahiş etmişdi, çünki hər iki sistemin tam müqayisəsini aparmaq istəyirdi və gələcək işinin inkişaf istiqamətini düzgün təyin etməlidir.

Biz bunu edə bildik, ona görə də arxada qalan uik-end zamanı faydalı məlumat topladıq. Sürücülər də bizim xahişimizi bəyəndilər və indi biz böyük həcmdə toplanmış məlumatı təhlil edirik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*