Red Bull sürücüləri bu gün KERS-dən istifadə ediblər, amma sıralanma turu və yarışda maşınlarda KERS-in qalması qərarını komanda topladığı məlumatı təhlil etdikdən sonra qəbul edəcək.
Kristian Horner: “Avstraliyada biz sistemdən cümə günü istifadə etmişdik, amma sonra hiss etdik ki, sistemin etibarlılıq problemlərinin yaranması riski kifayət qədər böyükdür, KERS-in Alber Parkda verdiyi üstünlük isə hissolunacaq dərəcədə deyil. Ona görə də biz KERS-i hər iki maşından sökdük.
Bu gün sistem çox etibarlı işlədi, amma biz toplanmış məlumatları dərindən öyrənməliyik, bundan sonra qərar qəbul edəcəyik.”