McLaren komandasının başçısı Ron Dennis hesab edir ki, Formula1 komandalarının keçmiş başçıları 2009-cu ilin payızında keçiriləcək FİA-nın prezidenti vəzifəsinə seçkilərdə iştirak etməməlidirlər. Keçən ilin iyun ayında Maks Mosli sonuncu dəfə qəti vəd vermişdi ki, növbəti seçkilərdə iştirak etməyəcək və hazırda onun müxtəlif sələfləri barədə şayiələr müzakirə olunur.
Namizədlər arasında Şotlandiyanın RBS bankının keçmiş sədri ser Fred Qudvin və Ferrari-nin keçmiş başçısı Jan Todtun da adları var. Lakin Dennisin fikrincə, əgər federasiyanın prezidenti komandaların birinin keçmiş rəhbəri olarsa, bu kökündən səhv addım olacaq. F1 Racing dərgisinin yenicə işıq üzü görmüş fevral sayında Dennis Moslinin yerinə göz dikmədiyini bildirib…
Ron Dennis: “Mən əminəm ki, Formula1 komandalarının rəhbrələri FİA-da rəhbər vəzifələr tutmamalıdırlar. Bu və ya digər komandaya başçılıq edən kimsə, yalnız öz komandasının və ya şirkətinin maraqları ilə yaşamalıdır. Düşünürəm ki, mən bütün komandalara eyni gözlə başa bilmərəm, lap özümü nə qədər nizmalı insan hesab etsəm belə. Düzünü desəm, məncə, çempionat komandaların heç birinin başçısı bu vəzifəyə yaraşmır, ona görə də mənə də bu rol lazım deyil…”