Ross Braun Mercedes GP komandasının direktorlar şurasını tərk etmək fikrindədir – britaniyalı mütəxəssis bütün diqqətini idman məsələlərinin həllinə yönəltməyi düşünür.
Bu qərar hər şeydən əvvəl onunla əlaqədardır ki, Daimler və Aabar şirkətləri komandanın səhmlərini 100% alıblar və indi komandaya tam nəzarəti həyata keçirirlər.
Ross Braun: “İndi komanda bütünlüklə Daimler və Aabar-a məxsusdur və mənim istefam da bu prosesin bir hissəsidir. Direktorlar şursına adətən komandanın səhmdarları daxil olurlar, mənim isə artıq səhmlərim yoxdur, amma mən şura ilə sıx əlaqədayam. Yaxın həftələrdə mən şuranı tərk edəcəm, amma bu mənim komandadakı vəziyyətimə təsir etməyəcək.
İndi mən bütün diqqətimi komandanın uğur qazanmasına yönədə bilərəm – mən elə bunu istəyirdim, elə səhmdarlar da bunu istəyirlər. Sən həm səhmdar, həm də komanda başçısı olduqda bu işlər arasında balans gözləmək çətin olur, ona görə də indi mənim işim asanlaşacaq.”