R.Barrikello: “Mən çempion olmağı arzu edirəm”

Mövsümün ilk altı yarışından sonra Rubens Barrikello çempionatda ikinci yeri tutur və komanda yoldaşı Censon Battona 16 xal uduzur. Liderlər […]

Mövsümün ilk altı yarışından sonra Rubens Barrikello çempionatda ikinci yeri tutur və komanda yoldaşı Censon Battona 16 xal uduzur. Liderlər arasında fərq böyük olsa da, braziliyalı sürücü qələbə qazanmağı planlaşdırır…

Rubens Barrikello: “Mən çempion olmağı arzu edirəm və şadam ki, bu il titulun taleyini qələbələrin sayı həll etməyəcək, əks halda Censona çatmaq çətin olardı. Mövsümün ilk dörd yarışında maşının balansı Censona daha uyğun gəlirdi, amam yeni aerodinamika mənə çox kömək etdi. Barselonada strateji seçimdə kiçik səhv yarışda qələbə qazanmama mane oldu. Monakoda uik-endin gedişində mən dominantlıq edirdim, amma Censon sıralanma turunda fantastik nəticə göstərdi, bu üstünlük onun qələbəsinə kifayət etdi.

Qarşıda bizi 11 yarış gözləyir, hələ heç nə həll olunmayıb. Dörd ay əvvəl mən rəqabətədavamlı maşın arzulayırdım və indi hamı bilir ki, bizim maşın qələbə qazanmağa imkan verir. Mən çempion olmağı arzu edirəm, indi bu şansdan istifadə etməliyəm. “

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*