Razılıq Müqaviləsinin imzalanması təxirə salınıb. Bu gün FİA gələn il dünya çempionatının iştirakçıları olan 13 komandanın nümayəndələrinin, FİA və FOM-un bəyəndiyi Razılıq Müqaviləsinin yeni mətnini Ümumdünya Şurasına təqdim edib, amma yeni mətn imzalanmağa yazlnı məsrəflərin azaldılması üzrə tədbirlərin tam müzakirəsindən sonra veriləcək.
FOTA-ya daxil olan komandalar Müqaviləni artıq bu həftə imzalamağı planlaşdırmışdılar, amma məsrəflərin azaldılması üzrə tədbirlərdə razılıq əldə olunmayıb. Qeyri-rəsmi məlumatlara görə, Williams və Manor Grand Prix komandalarının nümayəndələri bəzi maddələrin dəqiqləşdirilməsini tələb ediblər, onların razılığı olmadan sənədin imzalanması mümkün deyil. Müzakirələr uik-endin gedişində davam etdiriləcək. Cümə günü Berni Ekklstoun Williams-ın icraçı direktoru Adam Parr və Toyota-nın başçısı Con Hauettlə danışıqlar aparıb.
Məsrəflərin azaldılması məsələsi bazar gününə kimi həll oluna bilər, onda ən yaxşı halda Razılıq Müqaviləsi gələn həftə imzalanacaq…