F-1.az xatırladır ki, fransalı sürücü mövsümün ilk iki yarışında bəxti gətirmədiyi üçün xal qazana bilməmiş, amma Bəhreyndə 8-ci olaraq, ilk xallarını qazanmışdı.
Roman Qrojan: “Keçən il Rusiyada bəxtimiz gətirməmişdi və buna görə də xal qazana bilməmişdik. Bu il bolidimizi çox yaxşı təkmilləşdirmişik və bütün traslarda rəqabətədavamlı ola bilirik. Əgər problem yaşamasaq, gözəl xallar qazanmaq üçün şansımız var. Havanın istiliyi də burada önəmli faktor olacaq. Buradakı şəraitlə Bəhreyn çox fərqlidir. Buna görə də sərbəst yürüşlərdə öyrənməli olduğumuz çox şey var.
Burada üçüncü döngə çox əyləncəlidir. Yüksək sürətlə keçə bilirik. Ümumilikdə Soçidəki döngələr gözəldir və sürmək həzz verir. DRS zonasından sonra əylənmə bölgəsi çox böyükdür, Burada bolidi idarə etmək çox vacibdir. Ümid edirəm ki, yaxşı həftəsonu keçirib, gözəl nəticə qazanarıq”.