F-1.az xəbər verir ki, Oregon komandası Renault R.S.01-i idarə edəcək ekipajın üçüncü üzvünün adını hələ açıqlamayıb. Yarış 12-13 noyabr tarixlərində Vallelunqa trasında baş tutacaq.
Polşalı sürücü sentyabrın sonunda Spada keçirilən Renault Sport Trophy yarışında 3-cü və 4-cü yerləri tutaraq hələ də yaxşı nəticələr əldə edə biləcək səviyyədə olduğunu sübut etmişdi.
Qeyd edək ki, Kubitsa Vallelunqada yarışacaq yeganə sabiq Formula1 pilotu deyil – Cankarlo Fizikella da Ferrari 488 GT3 komandasının tərkibində çıxış edəcək.