Q.Paffet McLaren-lə müqaviləsini uzadıb

Qəri Paffetin McLaren komandası ilə əməkdaşlığı 2005-ci ildən başlayıb və gələn mövsüm də davam edəcək. Britaniyalı sürücü ehtiyat və test […]

Qəri Paffetin McLaren komandası ilə əməkdaşlığı 2005-ci ildən başlayıb və gələn mövsüm də davam edəcək. Britaniyalı sürücü ehtiyat və test sürücü vəzifələrini icra edəcək.

Qəri Paffet: “McLaren-lə müqaviləni uzatmağa çox şadam. Hamıya məlumdur ki, Formula1-d uğur münasibətlərin uzunluğundan və möhkəmliyindən asılıdır: beş ildən artıqdır ki, mən bu komandanın bir hissəsiyəm və özümü xoşbəxt sayıram.

Mən öz təhvəmlə fəxr edirəm, komanda son illər titula namizədlərdən biri sayılır və ümid edirəm ki, gələcəkdə biz daha güclü olacayıq.”

Paffet mövsümöncəsi testlərdə mütəmadi olaraq işləyir, yayda isə Mercedes-in şərəfini nüfuzlu DTM çempionatında qoruyur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*