Pastor maldonado və Pedro de la Rosa xəbərdarlıq alıbalr: stüardlar hesab ediblər ki, hər iki sürücü digər sürücülərə Şanxayda sıralanma turunda maneçilik törədib.
Maldonado sıralanma turunun birinci hissəsində Heykki Kovalaynenə, Pedro de la Rosa isə Bruno Sennaya sürətli dövrədə olarkən mane olmuşdular. Stüardlar bu dəfə sadəcə xəbərdarlıq etməklə kifayətləniblər.