Pit-stoplar yavaşlayacaq

FİA pit stopları cüzi ləngitmək barədə direktivlər hazırlayıb

Qaydalar toplusunun tezliklə təsdiqi və Macarıstan Qran Prisindən tətbiqi gözlənilir. Hazırda pit stoplar zamanı elektron sistemlərin istifadəsi bəzən qaykanın tam bağlanmadan siqnal verilməsi ilə nəticələnir və yekunda sürücü yerindən vaxtından əvvəl tərpənə bilər.

Bütün bunları nəzərə alan rəsmilər qaykanın bağlanması üçün minimum vaxtı 0.2 saniyəyə qaldırıblar – təsəvvür edin ki, Red Bull mexanikləri bu əməliyyatı 0.12-0.15 saniyəyə görürdülər.

Hesab olunur ki, bununla mexaniklərdən bu işdə tələsməmək tələb olunacaq və yalnız qaykanın tam bağlanmasına əmin olduqdan sonra siqnal veriləcək. Əgər mexanik yenə də işini 0.2 saniyədən tez görsə, sistem onu başa düşməyəcək və qaykanı yenidən açıb-bağlamaq lazım gələcək.

Bununla da ümumi pit stopların təxminən 0.2-0.3 saniyə ləngiməsi gözlənilir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*