Pirelli testlər üçün 2010-cu ilin maşınını almağa ümid edir

Pirelli şirkəti 2012-ci ilin gedişində təkərlərin yoxlanılması üçün 2010-cu ilin şassisini almağa ümid edir: son iki ildə şirkət 2008-ci ildə […]

Pirelli şirkəti 2012-ci ilin gedişində təkərlərin yoxlanılması üçün 2010-cu ilin şassisini almağa ümid edir: son iki ildə şirkət 2008-ci ildə hazırlanmış Toyota TF109 şassisindən istifadə edirdi, amma maşının resursu artıq çoxdan qurtarıb.

Pol Hembri, Pirelli Motosport: “İşin böyük bir hissəsini biz simulyatorda görürük. Amma hər hansı bir tərkibin komponentlərini müəyyən edərkən, yeni təkərlərin birbaşa asfaltla interaktiv təması tələb olunur.

Biz komandalardan kömək istəmişik, amma onlar deyirlər ki, biz işimizi Toyota ilə davaç etdirməliyik, bu isə nonsensdir.

Ona görə də biz yeni maşın axtarışında – 2010-cu ildə rəqabətəqavamlı və etibarlı olan maşın: işimizdə tətbiq etdiyimiz bütün sistemlərlə həmin maşını təchiz etməliyik.”

Daha təzə şassini şirkət yəqin ki ala bilməyəcək, hər bir komanda ehtiyat edir ki, şassisini şirkətə verən komanda praktiki olaarq üstünlük qazanacaq. Hembri hesab edir ki, bu cür düşünmək yalnışdır və belə bir misal da gətirib ki, bütün komandalar McLaren Group şirkətinin hazırladığı Vahid İdarəetmə Blokundan istifadə edirlər, “hamı bu blokdan istifadə edir, amma heç kim bu blokdan şikayət etmir…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*