McLaren komandasının ehtiyat sürücüsü Pedro de la Rosa Sauber-in sükanı arxasında Serxio Peresi uik-endin qalan sessiyalarında əvəz edəcək.
Səhər məşqlərindən sonra gənc meksikalı sürücü özünü pis hiss edib, Sauber-in nümayəndələri McLaren komandasının başçısı Martin Uitmarşa müraciət ediblər, o isə sürücüsünün kolleqalarına kömək etməsinə razılıq verib.
Monakoda Peres ciddi qəzaya uğramışdı və iki gün hospitalda qalmışdı, amma dünən FİA-nın tibbi komissiyası onu Kanada Qran Prisinə buraxmışdı.
Keçən il de la Rosa Sauber komandasının sürücüsü olub, amma yeni maşınla hələ bu gün tanış olacaq…