P.Qasli test məqsədilə sürüb

Red Bull komandasının sürücüsü Pyer Qasli bildirib ki, Çində cümə günü keçirilən hər iki sessiyada bolidi test məqsədilə sürüb.

F-1.az xatırladır ki, fransalı sürücü cümə günü sərbəst yürüşlərində komanda yoldaşı Ferstappendən bir saniyə geri qalıb.

Pyer Qasli: “Əsasən fərqli sazlanmalar sınadıq və indi təhlillər aparmalıyıq. Komanda Ferstappenlə yaxşı sazlanma tapdı və sabah üçün nəyin yaxşı, nəyin pis olacağına qərar verəcəyik. Bu gün mənim üçün test günü idi və gün ərzində yenilikləri təkmilləşdirməyə çalışdıq. Hər iki sessiyada detalları test edib məlumat topladıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*