P.Qasli: “Geri qalma səbəbimiz Honda deyil”

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, son iki həftə komandanın geridə qalmasının səbəbi Honda mühərriyi deyil.

F-1.az xatırladır ki, Toro Rosso komandası Bəhreyndə Qasli ilə 4-cü yeri tutaraq hamını təəccübləndirmişdi. Amma komanda Çin və Azərbaycanda bu performansı təkrarlaya bilməyib.

Pyer Qasli: “Çətindir. Son iki yarışda performansımız çox zəif idi. Bilirdik ki, Çində uzun düzlüklər var. Eyni zamanda Bakıda da. Şassi cəhətdən güclü olmasaq da, əylənmələrdə güclü görünürük. Sonradan isə asfaltla ilişmə tamamilə itir. Tempimiz yoxdur. Bunu anlamalısınız. Mən də necə güclü olacağımızı bilmirəm. Bolidin balansı yaxşıdır və performansımız trasların quruluşuna görə dəyişir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*