BBC telekanalına müsahibəsində 1992-ci ilin dünya çempionu Naycel Mənsell McLaren komandasındakı vəziyyətdən və qarşıdakı mövsümdə mümkün qüvvələr nisbətindən danışıb…
Naycel Mənsell: “McLaren haqqında danışsaq, onda ilk altı yarışda, məncə, Lyuis Censondan üstün olacaq, çünki o bu komandada çoxdandır. Censon hələ çox şeyə öyrəşməlidir, mən ümid edirəm ki, o öz ustalığını və titulu qorumaq arzusunu sübut edəcək. Batton vəziyyətə nəzarəti ələ almalıdır, məncə, mövsümün ikinci yarısında qüvvələr bərabər olacaq.
Censonun sürəti və kənardan görünməyən sərtliyi var. Xoş sima arxasında dəmir xarakter gizlənib – keçən il mövsümün ikinci yarısı buna bariz nümunədir. Birinci yarısında o şən və pozitiv idi, rəqibləri geriqalmanı aradan qaldırdıqdan sonra qarşısına qoyduğu məqsədə çatmaq üçün cırmaq-cırmaq xal toplayırdı. Yekunda yalnız bir nəfər qalib gələcək, amma iki britaniyalı çempionun bir komandada yarışması qarşıdakı mövsümə xüsusi yaraşıq verir.
Mercedes GP komandası tərəfindən sürprizlər mümkündür. Ross Braun və Mixael Şumaher keçmişdə çox uğur qazanıblar. Bəlkə bu il Mixaelə titul uğrunda mübarizə aparmaq asan olmaycaq, amma əgər onlar həqiqətən üçillik proqram planlaşdırıblarsa, onda mən Şumaherin səkkizinci dəfə çempion olmasına mane ola biləcək səbəb görmürəm.
Mən sükan arxasına qayıda bilərdimmi? Heç vaxt heç vaxt demə – əgər yaxşı təklif olarsa, kim bilir? Niyə yenidən tarixin bir hissəsi olmayaq? Lə Manda yarış zamanı mən bpyük yüklənmələrə tab gətirirəm, ona görə də fiziki problemlər yoxdur.”