Mövsümün on yeddi yarışından artıq yeddisi arxada qalıb, bu yarışların da altısında qələbəni Censon Batton qazanıb. Naycel Mənsell hesab edir ki, onun həmyerlisi bu titulu artıq özünə təmin edib…
Naycel Mənsell: “Heç nə dəyişməyəcək, titul artıq Censondadır. Vəziyyəti yalnız etibarsızlıq problemləri seriyası dəyişə bilər, amma belə bir şeyə inanmıram. Censon bu il çox güclüdür, onun həm də həqiqətən sürətli maşını var. Monakoda mən oğulma dedim ki, çox yaxşı maşınların sükanı arxasında oturmuşam, amma Brawn GP tarixə düşəcək.
Batton karyerası boyu çox şey öyrənib, indi isə həmin təcrübə ona maksimum nəticə göstərməyə imkan verir. Konsentrasiyanı saxlamaq vacibdir və mən bilirəm ki, Batton bütün diqqətini yarışlara yönəldib – onun həmişə məqsədi olub, amma yalnız indi məqsədini reallaşdırmaq imkanı əldə edib.”